06 fevral 2025 18:01
257

Azərbaycanlı futbolçu Türkiyə Kubokunun oyununda "Qalatasaray"a qol vurub

"Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə Kubokunun matçında "Qalatasaray"a qol vurub.

“İki sahil” xəbər verir ki, 29 yaşlı oyunçu C qrupunun II turunun qarşılaşmasında hesabı açıb.

İsgəndərli 11-ci dəqiqədə rəqib qapısına yol tapıb. Hazırda hesab 1:0 "Boluspor"un xeyrinədir.