01 sentyabr 2025 00:14
154

Argentinada parkinson xəstəliyinin müalicəsində tanqodan istifadə edilir

Argentina xəstəxanalardan birində parkinson xəstəliyinin müalicəsində tanqodan istifadə edilir.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, təşkilatçıların dediyinə görə, 200-ə yaxın xəstə Ramos Mejia Xəstəxanasında rəqsin bu sağalmaz neyrodegenerativ xəstəliyin simptomlarına təsirini öyrənmək üçün son 15 il ərzində təklif olunan tanqo seminarlarında iştirak edib.

Nevroloq Nelida Qarretto deyir: "Xəstəliyin əsas problemlərindən biri yeriş pozğunluğudur və tanqo yerimə rəqsi kimi başlanğıc və dayanma addımları, yerimə strategiyaları üzərində işləyir".

Bildirilib ki, bu proqram, Parkinson xəstələrinin fiziki və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına yardımçı olmaq məqsədi daşıyır. Terapiya həm bədənin koordinasiyasını inkişaf etdirir, həm də sosial əlaqələri gücləndirir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”