06 fevral 2025 19:27
106

Ərdoğan Azərbaycan səfirinə mükafat verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

“İki sahil” xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub.

Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.

“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan vurğulayıb.