12 mart 2026 13:46
121

Cənubi Koreya strateji neft ehtiyatlarından istifadə edəcək

Cənubi Korea Yaxın Şərqdə gərginliyin artması fonunda strateji ehtiyatlarından 22,46 milyon barel nefti bazara buraxmaq qərarına gəlib.

“İki sahil” RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin maliyyə və ticarət nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, buraxılacaq neft həcmi International Energy Agency (IEA) üzvü olan ölkələrin razılaşdığı ümumi 400 milyon barel ehtiyatın 5,6 faizini təşkil edir. Bu addım qlobal enerji bazarında mümkün təchizat problemlərinin qarşısını almaq və qiymət sabitliyini qorumaq məqsədi daşıyır.

Qeyd olunur ki, Yaxın Şərqdə artan gərginlik fonunda bir sıra ölkələr enerji bazarında sabitliyi təmin etmək üçün strateji neft ehtiyatlarından istifadə imkanlarını nəzərdən keçirirlər.