İtaliyada helikopter qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hadisə Parma şəhəri yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər həyatını itirib. Yerli medianın məlumatına görə, ölənlərdən biri tanınmış milyarder Lorenzo Rovaqnatidir. Onun musiqi alətləri sektorunda öndə gedən şəxslərdən biri olduğu bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.