ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ administrasiyası İCC-ni Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı qanunsuzluqda ittiham edib: “Mən, ABŞ prezidenti Donald Tramp hesab edirəm ki, Beynəlxalq Cinayət Məhkəməsi Amerikaya və yaxın müttəfiqimiz İsrailə qarşı qeyri-qanuni və əsassız hərəkətlər edir”.
Sənəddə iddia edilir ki, İCC Amerika vətəndaşlarına və ABŞ-ın bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı hüquqi əsas olmadan ilkin araşdırmalara başlayıb və İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”