07 fevral 2025 10:35
83

Jair Bolsonaro: Yenidən prezident olsam, Braziliyanı BRICS və ÜST-dən çıxaracam

"Yenidən Braziliyanın prezidenti olsam, BRICS və Ümumdünya Səhiyyə Təşkilatını tərk edəcəm".

İki sahil” xəbər verir ki, bunu Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ölkəsinin gündəlik “Folha de São Paulo” qəzetinə müsahibəsində deyib.

O, həmçinin əlavə edib ki, o, Braziliya, Paraqvay və Argentina arasındakı üçlü sərhəddə terrorla mübarizə məqsədilə ABŞ ilə “güclü hərbi saziş” bağlamaq və regionda Amerika hərbi bazasını yerləşdirmək əzmindədir.

Qeyd edək ki, Bolsonaro seçki komissiyasının ona verdiyi diskvalifikasiyaya görə 2026-cı il prezident seçkilərini buraxmaq məcburiyyətində qalacaq. Müxtəlif sorğulara görə, hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva sələfinin kursunun hipotetik tərəfdarlarına qarşı mübarizədə favorit hesab olunur.

Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılan hökumətlərarası birlikdir ki, Rusiya, Çin, Hindistan və Braziliya 2011-ci ildə, Misir, Efiopiya, İran və BƏƏ isə 1 yanvar 2024-cü ildə BRİKS-ə qoşulub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”