07 fevral 2025 11:18
301

Suriya hakimiyyəti Rusiya hərbi bazaları üçün ŞƏRTLƏRİNİ AÇIQLAYIB

Rusiyanın Suriyadakı hərbi bazaları Suriyanın yeni hökuməti üçün faydalı olarsa, qalacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Moskvanın Suriyanın yeni hökumətinə münasibəti keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra “xeyli yaxşılaşıb”.

Murhaf Əbu Kəsra qeyd edib ki, Dəməşq müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir.