07 fevral 2025 15:59
91

“Kurort” Turizm İnformasiya Mərkəzi yollayışları necə təşkil edir? - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yollayışların verilməsi prosesini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Belə ki, vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa “Kurort” Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər.

“İki sahil” xəbər verir ki, müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları, sosial statusuna dair məlumatlar, iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir. Məlumatların emalı zamanı iş yeri və üzvlük məlumatları AHİK-in müvafiq üzv təşkilatları tərəfindən yoxlanılır, yollayış barədə məlumatlar isə müvafiq sanatoriya və ya istirahət mərkəzi tərəfindən təsdiq edilir. Vətəndaşlar yollayışların verilməsi qaydasına əsasən, imtiyazlı və ya 15% dəyərini ödəməklə yollayışla təmin edilir. Sonra yollayışın verilməsi proseduru həyata keçirilir. Bu, yollayışların rahat, şəffaf və növbəlik prinsipi əsasında verilməsini təmin edən mütərəqqi yenilikdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin qış aylarında da istirahəti və müalicəsi üçün əlverişli şərait yaradır, yollayışın ümumi dəyərinə endirimlər tətbiq olunur. Belə ki, üzvlər yollayışları endirim edilmiş dəyərinin cəmi 15 %-ni ödəməklə əldə edirlər. Şəhid ailələri, əlillik statusu olanlar, 1-ci qrup əlilləri müşayiət edən şəxslər, müharibə iştirakçıları ödənişsiz olaraq yollayışla təmin edilirlər.