"Liverpul"un baş məşqçisi Arne Slot komandasının İngiltərə Liqa kubokunun finalına adlaması barədə danışıb.
“İki sahil” xəbər verir ki, mütəxəssis hələlik kubokun həlleddici görüşünə yox, Premyer Liqa oyunlarına kökləndiklərini deyib:
"Qələbə qazanmaq həmişə xoşdur. Baxmayaraq ki, məni tanıyan hər kəs fikrimin artıq növbəti oyunda olduğunu başa düşür. Çünki final bir aydan sonra keçiriləcək.
Finala çıxmaq həmişə xüsusi bir haldır. Lakin “Liverpul” finalda oynamağa öyrəşib. Bu, bizim zəhmətimizin nəticəsidir. Biz inkişaf edirik və daha yaxşı olmağa çalışırıq. Final nə qədər çətin olacaq? Bunu bilmirik. "Nyukasl" "Arsenal"a qarşı yaxşı oyun nümayiş etdirdi. Lakin finala qədər hələ çox vacib matçlar var. Hələlik bütün diqqətimizi bu oyunlara kökləmişik".
Qeyd edək ki, "Liverpul" ötən gecə yarımfinalın cavab matçında "Tottenhem"i darmadağın edib. Komanda 2 oyunun nəticəsinə əsasən (4:1) finala vəsiqə qazanıb.