08 fevral 2025 18:54
80

İngiltərəli hücumçunu “Neftçi”də

“Neftçi” növbəti transferini həyata keçirib.

İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu artıq “Neftçi” ailəsinin üzvüdür. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”