12 sentyabr 2026 22:04
54

V turun növbəti oyunları keçirilib

Azərbaycan Premyer Liqasında V turun ikinci oyun gününə yekun vurulub.

“İki sahil” xəbər verir ki,, günün ilk oyununda "Kəpəz" Gəncə şəhər stadionunda "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu Viktor Stina vuraraq komandasına vacib 3 xal qazandırıb. Günün sonuncu oyununda isə "Sumqayıt" öz meydanında "Şamaxı" kollektivini qəbul edib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənərək xalları yarı bölüblər – 1:1. Meydan sahiblərinin heyətində Jean Oliveyra fərqləndiyi halda, qonaqların cavab qoluna Edqar Adilxanov imza atıb.

Qeyd edək ki, V tura sentyabrın 14-də keçiriləcək oyunlarla yekun vurulacaq.