08 fevral 2025 22:37
80

Flik Rafinyaya necə dəstək oldu?

"Barselona" futbolçusu Rafinya baş məşqçisi Hans-Diter Fliklə münasibətindən danışıb. 

“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. O deyib: 

"Flikin təyinatı rəsmiləşəndə mənə zəng etdi və dedi ki, mən onun güvəndiyi oyunçulardanam. O, bunu deyəndə məni tanımırdı və necə məşq etdiyimi görməmişdi. Bu, mənim komandada qalmaq qərarını vermək üçün çox vacib idi. Bilirdim ki, komandama lazımlı olacağam. Mən psixoloji cəhətdən özümə sakitlik və güvən qaytarmaq üçün çox çalışmışam. Bu, uğurlu iş üçün gərəkdir". 

Qeyd edək ki, bu mövsüm Rafinya "Barselona"nın heyətində 34 matça çıxaraq 23 qol vurub və 14 qolun ötürməsini edib.