Türkiyədə dərnək binasına silahlı hücum edilib.
“İki sahil” xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla saat 01:15 radələrində baş verib.
DHA-nın məlumatına görə, 4 nəfər iki motosikletlə Kartalın Soğanlık məhəlləsindəki dərnək binasının qarşısına gəlib. Xizək maskası taxmış dörd şübhəli dərnək binasının dördüncü və beşinci mərtəbələrində avtomatlardan atəş açıb.
Dəfələrlə atəş açan şübhəlilər motosikletlərinə minərək sürətlə hadisə yerindən qaçıblar.
Hadisə yerinə çoxlu polis qrupları göndərilib. Hadisə yerində aparılan araşdırması zamanı 35 ədəd boş patronun tapıldığı və onlardan 22-nin binaya dəydiyi müəyyən edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Polis qaçan şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib