09 fevral 2025 19:51
257

Roma Papasının nitqini köməkçisi tamamladı

Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk Vatikanda keçirdiyi ayin zamanı nəfəs almaqda çətinlik çəkdiyini bildirib və köməkçisindən çıxışını tamamlamasını istəyib.

İki sahil” xəbər verir ki, bunu Katolik dünyasının hər 25 ildən bir qeyd etdiyi ənənəvi “Yubiley” ili çərçivəsində Vatikanda müxtəlif peşəkar qrupları müntəzəm olaraq qəbul edən Papa Fransisk bu gün əksəriyyəti İtaliya təhlükəsizlik qüvvələrinin olduğu müxtəlif ölkələrdən gələn 30 minə yaxın hərbi nümayəndə heyəti üçün xüsusi mərasim təşkil edib.

Bronxit olduğu üçün həftənin əvvəlindən bəzi görüşlərini təxirə salan Papa soyuq havada Vatikanın Müqəddəs Pyotr meydanında təhlükəsizlik qüvvələri üçün iki saata yaxın davam edən xüsusi ayin təşkil edib.

Bronxit səbəbiylə həftənin əvvəlindən bəzi qəbullarını təxirə salmaq və ya məhdud imkanlarla keçirmək məcburiyyətində qalan 88 yaşlı Papa Fransiskin bugünkü məclisdə yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.

Katoliklərin ruhani lideri, “Bağışlayın, nəfəs almaqda çətinlik çəkirəm”, - deyərək, məclis zamanı onun çıxışını oxumasını köməkçisindən istəyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”