Milli Məclisin deputatı Anar Məmmədov “Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
“İki sahil” xəbər verir ki, deputat tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Goranboy rayonunun Yeni Yol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 10 kva gücündə transformator yarımstansiyası quraşdırılıb.
Bu münasibətilə Anar Məmmədov Yeni Yol kəndində kənd sakinləri ilə görüşüb, onları təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Görüşdə millət vəkili ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər də iştirak edib.
Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.