Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğınlar zamanı 4-ü azyaşlı olmaqla 29 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğınlar zamanı 4-ü azyaşlı olmaqla 29 nəfər təxliyə olunub.