2025-ci ilin yanvar ayı ərzində 26 092 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onlardan 4 856-sı pensiya, 21 236-sı müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.