10 fevral 2025 11:51
114

Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur - FOTO

Əkin sahələrinin suvarılması davam edir

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Beyləqan rayonunda əhalinin içməli suya olan təlabatını ödəmək və rayon ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlərini tərtib edilmiş plan əsasında davam etdirir. 

Bu barədə "İki sahil"ə Azərbaycan  Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, idarə Beyləqan şəhər ərazisində 5418 abonentə xidmət edir. Ötən il ərzində 236 qəza baş verib və qəzalar dərhal aradan qaldırılıb. Bundan başqa il ərzində 34 abonentlə müqavilə bağlanaraq  yeni su ilə təmin edilib, 246 ədəd su sayğacları yenisi ilə əvəz olunub və 668 su sayğacı isə təmir olunub. Bununla yanaşı rayonda mərkəzləşmiş kanalizasiya sistemi mövcuddur ki, kanalizasiya xəttinin uzunluğu 89,6 km-dir. 3,9 km kollektor vasitəsi ilə məhsuldarlığı sutkada 10000 m3  olaraq çirkab təmizlənərək drenaj kanalına ötürülür. Beyləqan rayon ərazisində 4 kənddə modul tipli qurğu fəaliyyət göstərir, 59 bulağa xidmət edir. 2 kənddə isə dəyəri ödənilməyən 31 bulaq fəaliyyət göstərir. Ümumilikdə Beyləqan Su Meliorasiya sistemlərinin istismarı idarəsi 6 kənddə əhalini bulaqlar vasitəsilə su ilə təmin edir. İdarənin balansında olan  laboratoriyada isə 13 rayon və 4 köçkün qəsəbə ərazisindən götürülən içməli su analiz edilir. Hazırda laboratoriya tam gücü ilə işləyir. 

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qarabağ Suvarama kanalı vasitəsilə 8068 ha, Xan qızı kanalı vasitəsilə 40388 ha, subartezian quyuları vasitəsilə 2900 ha olmaqla ümumilikdə 51536 ha əkin sahəsinə xidmət edir. Bunun üçün İdarənin balansında olan 1298 km uzunluğunda suvarma kanalları, 1333 km uzunluğunda kollektor-drenaj şəbəkəsi, 135ədəd subartezian quyusu, 8 ədəd isə nasos stansiyası mövcuddur. Ötən il suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə işləri müvəffəqiyyətlə aparılıb, 87 ədəd hidrotexniki qurğu, 119 ədəd isə subartezian quyusu təmir edilərək istismara verilib. Hazırda idarə tərəfindən Türklər nasos stansiyasından qaldırılan suyu nəql edən Türklər kanalının başlanğıcında uzunluğu 50 metr olan hissəsində təmir bərpa işləri davam etdirilir. 2024-cü il ərzində su təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən 200 ha əkin sahəsinə xidmət edən suvarma kanalının 1.3 km olan hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir edilərək beton üzlüyə alınması işləri aparılıb ki, bu da su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılmasına xidmət edir. 

Qeyd edək ki, 2024-cü il ərzində idarənin istismar tədbirləri planında nəzərdə tutulmuş 3 ədəd subartezian quyusunun əsaslı təmir-bərpa işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir.