10 fevral 2025 12:11
105

Deputat: Bəzi bələdiyyə üzvləri vəzifələrini yaxşı bilmədiklərindən qanunları pozurlar

Bəzi bələdiyyə üzvləri vəzifələrini yaxşı bilmədiklərindən qanunları pozurlar.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev qurumun bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bələdiyyələrin 77 vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması ciddi məsələdir:

"Bələdiyyələri vətəndaşlar yaradır, amma onların keçirdiyi tədbirlərdə, gördüyü işlərdə iştirak etmirlər. Ümumiyyətlə, Azərbaycanda bələdiyyə-vətəndaş münasibətlərində çox böyük problemlər var. Vətəndaşlar bələdiyyələrə heç bir dəstək göstərmirlər, nə maddi, nə təşkilati".

T.Rzayev bildirib ki, bəzi bələdiyyə üzvləri qanunları, öz səlahiyyətlərini və vəzifələrini yaxşı bilmirlər:

"Nəticədə qanundan kənara çıxır, səlahiyyətlərini aşırlar. Amma məruzədə belə yaxşı bələdiyyələrin adları çəkilmir. Halbuki bu, stimul üçün yaxşı olardı”.