Avropada qazın birja qiymətləri 2023-cü il fevralın 8-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 620 dolları ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə London ICE birjasının məlumatında deyilir.
Mart fyuçersləri hər min kubmetr üçün 620,7 dollara qədər artım göstərib.