Türkiyənin "Beşiktaş" klubu kolumbiyalı futbolçu Elan Rikardo ilə anlaşdığını açıqlayıb.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün sabah İstanbula yollanacaq.
Qeyd edək ki, 20 yaşlı futbolçu son olaraq ölkəsinin "La Ekidad" kollektivində çıxış edib.