11 fevral 2025 14:34
102

Vətəndaşların 38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, Sumqayıt və Abşeronda vətəndaşların 38 min manatını, həmçinin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.