Türkiyə Super Liqa klublarından "Fənərbaxça" yeni transferin keçidindən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, Qabriel Souza da Silvanın sağ ayağında zədə aşkarlanıb. Bu səbəblə 20 yaşlı futbolçu mütləq əməliyyat olunmalıdır.
Braziliyalı əməliyyat olarsa, 8-10 ay meydanlardan uzaq qalacaq. "Fənərbaxça" tibbi müayinədən keçə bilmədiyi üçün oyunçunun müqaviləsini ləğv etmə qərarı alıb.