11 fevral 2025 21:37
81

ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır

ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır və yaxın vaxtlarda sülh sazişinin bağlanacağını gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Ştutqartda jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, hazırkı Amerika administrasiyası Ukraynada sülh sazişinin tezliklə bağlanmasını təmin etmək niyyətindədir.

Xatırladaq ki, Tramp hələ inauqurasiyadan əvvəl Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bütün mümkün tədbirləri görmək niyyətində olduğunu dəfələrlə bəyan etmişdi.