12 fevral 2025 09:02
148

Səbail rayonunun bir hissəsində qaz olmayacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yay;b.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə fevralın 12-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə S. İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.