12 fevral 2025 10:18
91

Milli Məclisin deputatı Tərtərdə seçicilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Hacıqərvənd kəndində vətəndaşları qəbul edib. Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

“İki sahil” xəbər verir ki, mütəmadi həyata keçirilən görüşdə millət vəkili seçicilərin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

İşlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər millət vəkili tərəfində diqqətlə dinlənilərək qeydə alınıb.

Vətəndaşları narahat edən məsələləri ətraflı təhlil edən Anar Məmmədov qeyd olunan problemlərin həlli üçün ən qısa müddətdə aidiyyatı qurumları məlumatlandıracağına söz verib.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.