"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti"yə qarşı keçirdikləri ilk oyun haqda danışıb.
“İki sahil” xəbər verir ki, mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edib: “Mən sakitəm və təbii ki, xoşbəxtəm. İki qarşılaşmanın birincisində kiçik üstünlük əldə etdik. Yaxşı oynadıq. İndi qarşıda bizi cavab matçı gözləyir. Oyun yaxşı keçdi. Hər mənada mükəmməl matç oldu. Əla müdafiə olunduq, hamı çox çalışdı. Hücumda təsirli olduq, çoxlu imkanlar yaratdıq. Futbolçular təslim olmadılar. Layiqli qələbə qazandıq. Çox təhlükəli hücum etdik. Komanda daha çox uğur qazana bilərdi. Çünki şanslar onların hərəkətliliyi və bacarıqları sayəsində yarandı”.
Qeyd edək ki, "Real" matçda 2 dəfə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb.
Bu komandalar arasında cavab oyunu fevralın 19-da keçiriləcək.