Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Avropa və Ukraynadan yan keçən razılaşma Aİ liderləri üçün pis kabus olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşrində dərc edilə məqalədə qeyd edilib.
Məqalədə deyilir: “Fransa prezidenti Makron və onunla eyni mövqeni bölüşən bir çox həmkarı üçün ən pis kabus ukraynalılar və avropalılardan yan keçərək Rusiya-Amerika razılaşmasıdır”.
Qeyd olunur ki, Avropa danışıqlar masası arxasında oturmaq istəyirsə, nə isə təklif etməlidir ki, onun maraqları nəzərə alınsın.
Bundan əvvəl Donald Tramp Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş” gördüyünü bildirib.