Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
"İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik. Bunlar, iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir. Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır. Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir. Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, dayanıqlı iqtisadi artım və fiskal sabitliyi təmin etmək üçün ixrac yönümlü sahələr və xidmətlər təşviq edilməlidir. "Buna ölkəmizin resursları və əlverişli coğrafi mövqeyi əlavə imkanlar yaradır. Azərbaycan bir neçə transkontinental ticarət marşrutunda yerləşir və ölkəmizin qeyri-neft sektorunda böyük potensial mövcuddur. Bu potensialı iqtisadi dövriyyəyə cəlb edilməsi vacibdir".
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb