Cari ilin yanvar ayında respublikada təbii qaz hasilatı 9,3 faiz azalaraq 3,9 milyard kubmetr olub.
Energetika Nazirliyindən “İki sahil”ə bildirilib ki, qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 2 milyard kubmetri “Şahdəniz”in, 0,1 milyard kubmetri “Abşeron” yatağının, 0,7 milyard kubmetri SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 13 faiz və ya 0,3 milyard kubmetr azdır. Bundan 1 milyard kubmetr (9,1 faiz azalma) Avropaya, 0,7 milyard kubmetr (12,5 faiz azalma) Türkiyəyə, 0,3 milyard kubmetr (25 faiz azalma) Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetr (25 faiz artım) qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il fevralın 1-dək 651,9 milyon ton neft (kondensatla birlikdə), 469,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 602,9 milyon ton neft, 230,8 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49 milyon tona yaxın kondensat, 238,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 650 milyon tona yaxın neft, 171 milyard kubmetr qaz ixraca nəql edilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb