13 fevral 2025 15:03
92

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb

"Turan" İnformasiya Agentliyi (İA) fəaliyyətini dayandırır.

“İki sahil” xəbər verir ki, bu barədə agentliyin saytında müraciət dərc olunub.

Agentliyin direktoru Mehman Əliyevin kollektiv adından yaydığı müraciətdə bildirilib ki, "Turan" İA maliyyə çətinlikləri ilə bağlı mövcud formatda fəaliyyətini dayandırır.