Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 74,5 min ton (559 min barrel) təşkil edib.
"İki sahil” Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 61,7 min tonunu (gündəlik 454 min barel) neft, 12,8 min tonunu (gündəlik 105 min barel) kondensat təşkil edib.
Beləliklə, Azərbaycan yanvarda OPEC kvotasından 82,4 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub