13 fevral 2025 16:32
103

Azərbaycanda TDT-nin sosial siyasət nazirlərinin iclası keçiriləcək

Bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, məsələ haqqında qərar ötən il İstanbul şəhərində keçirilən və “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş birinci iclasda qəbul edilib.