13 fevral 2025 16:36
91

Şahnaz Bəylərqızı həbsdə qaldı

Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində qərar verib.

“İki sahil” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Şahnaz Bəylərqızı bu ilin fevral ayının 5-də saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunub.