İndiyə qədər Azərbaycanın ödəniş bazarında fəaliyyət göstərən 31 şirkət müvafiq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib ki, bunlardan da 8-nə hələ ki, lisenziya verilməyib.
“İki sahil” "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Xatırladaq ki, Mərkəzi Bank indiyə qədər 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 23-ə çatıb.
Lisenziyalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə Mərkəzu Bank bəyan edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb