Bank olmayan kredit təşkilatlarına (BOKT)kapital tələbinin yerinə yetirilməsi ilə bağlı qoyulan müddət fevral ayının sonunda bitir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
O bildirib ki, bundan əlavə, AMB BOKT-lərə öhdəliklərin kapitala nisbəti ilə tələbini müəyyən edib, ehtiyatların yaradılması tələbinə yenidən baxılıb.
“Növbəti mərhələdə kənar auditin aparılması və korporativ idarəetmə standartlarına dair tələblər də hazırlanacaq” - departament direktoru əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb