Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” Kiçik Su Elektrik Stansiyası (SES) istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
“İki sahil” xəbər verir ki, stansiya 4 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.
Məlumata görə, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub