15 fevral 2025 02:27
388

Dəqiq bizim planetdir? - FOTOLAR

Planetimizin o qədər fantastik görünən qeyri-adi yerləri var ki, gördükdə  təəccüblü sual yaranır: "Dəqiq bizim planetdir?”

“Painted Dunes” (ABŞ)

Bu, təkbuynuzlular ölkəsi haqqında xəyal deyil, əsl yerdir. Kaliforniyadakı Lassen Vulkan Milli Parkı sönmüş vulkanın konusundan şüalanan qum təpələri ilə məşhurdur.

Günəş batdıqdan dərhal sonra ilk yarım saatda soyuq işıq yer üzünə düşür, mənzərəyə fantastik rənglər verir.

Vaitomo mağaraları (Yeni Zelandiya)

Əgər bizdə bunların hamısı Yer üzündə varsa, niyə Avatarın yaradıcıları nəyisə icad etməli oldular? Vaitomo parlayan mağaraları planetimizin incilərindən biridir. Mənzərəli yeraltı “salonlar” sürfələri və dişiləri qaranlıqda parıldayan Arachnokampa luminosa ağcaqanadlarının sevimli məkanıdır.

Kano Kristales çayı (Kolumbiya)

Bu çay müxtəlif adlarla adlandırılır: tanrıların çayı, göy qurşağı çayı, sehrli çay və s. Heyrətamiz görünüşünə baxmayaraq, o, nisbətən yaxınlarda, keçən əsrdə yerli tarixçi tərəfindən kəşf edilmişdir. Qara rəngi ona quyular, ağ rəngi köpüklənən şəlalələr, mavi rəngi isə səmanın əksi verir. Qırmızı rəngi qırmızı bitki “Macarenia clavigera”dan alır. Suyun az olduğu, Günəşin çox olduğu dövrdə daha qırmızı olur və su günəş şüalarının yarpaqlara çatmasına mane olmur.

Natron gölü (Tanzaniya)

Böyük Rift vadisindəki çoxlu göllərdən biri olan qələvi Natron gölü suyun kaustik tərkibinə baxmayaraq (“natron” sözü “qələvi” mənasını verir, “natrium” elementinin adı buradan gəlir) göldə canlılar var. Qırmızı rəngi ona fotosintezlə qidalanan siyanobakteriyalar verir və qırmızı piqment bu prosesdə köməkçidir.

Natronda siyanobakteriyalardan başqa yosunlar böyüyür, duz sevən xərçəngkimilərə rast gəlinir, hətta tilapiya cinsindən olan üç növ balıq da uyğunlaşa bilib. Ancaq gölün əsas bəzəyi, əlbəttə ki, flaminqoların nəhəng sürüləridir.

Ağ səhra (Misir)

Bu yer Saxara əl-Beyda adlanır və təxmin edə bildiyiniz kimi, Saxaranın bir hissəsidir. Bu, Misirin mərkəzində yerləşən, təxminən üç yüz kvadratkilometr ərazini əhatə edən nisbətən kiçik bir milli parkdır.

Qumların ortasında ən qəribə formalı təbaşir qalıqları var. Bir zamanlar bu qumların yerində qədim Tetis okeanının suları sıçrayırmış. Mərcanlar əsasən təbaşir olan əhəng daşından riflər əmələ gətirirdi. Buna görə də mezozoy geoloji eranın bu dövrü Təbaşir adlanır.

Belə mənzərəyə yalnız qumdan çox təbaşirin üstünlük təşkil etdiyi səhranın kənarında rast gəlinir. Həm külək, həm də qum aşındırıcı kimi fəaliyyət göstərərək qəribə təbaşir çıxıntıları yaradır.

Nubar Süleymanova, “İki sahil”