Türkiyə və Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirə gündəliyinə daxil edilib.
“İki sahil” xəbər verir ki, qanun layihəsinin parlamentdə baxılması Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuş tərəfindən təsdiqlənib.
Hökumətlərarası saziş Azərbaycan və Türkiyənin enerji sahəsində qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədilə 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.
Qanun layihəsi yanvarın 16-da Fuat Oktayın sədrliyi ilə Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunduqdan sonra müvafiq hesabat hazırlanıb.
Komitə hesabatında Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Trans-Anadolu boru kəməri və Bakı–Tbilisi–Ceyhan neft kəməri də daxil olmaqla, Türkiyə və Azərbaycan arasında bir sıra uğurlu enerji layihələrinin həyata keçirildiyini vurğulayıb.
Saziş, həmçinin Bakı ilə Ankara arasında enerji sahəsində birgə investisiya layihələri üzrə əməkdaşlığı da nəzərdə tutur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb