“S&P Global” beynəlxalq reytinq agentliyi 2021-2024-cü illərdə orta illik 18 % artımdan sonra 2025-ci ildə Azərbaycanda kreditləşmənin 15 % artacağını gözləyir.
"İki sahil” "S&P"yə istinadən xəbər verir ki, artımın əsas amili istehlak kreditləşməsinin aktiv şəkildə genişlənməsidir.
Agentlikdən qeyd edilib ki, tarixən Azərbaycanda kreditləşmə dinamikası neft qiymətləri ilə sıx korrelyasiya olub.
Yüksək artım templərinə baxmayaraq, özəl sektorun borc səviyyəsi müqayisə edilən ölkələr arasında ən aşağı olaraq qalır. “S&P”nin qiymətləndirməsinə görə, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14 %, korporativ borcun nisbəti isə 10 % təşkil edir.
Qeyd edək ki, 2025-ci il martın 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) 0,5 % həddində əlavə kontr-tsiklik kapital buferi tətbiq edəcək. Kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq qaydalara uyğun olaraq əsasən kredit kəsirinin göstəricisinin (kreditin ÜDM-ə nisbətinin uzunmüddətli tendensiyadan kənarlaşması) 2 %-i üstələməsi nəzərə alınaraq qəbul olunub.
2025-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 29,288 milyard manat təşkil edib ki, bu da ötən ilin dekabrının əvvəli ilə müqayisədə 0,8 %, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 22,1 % artım deməkdir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb