2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.5% artaraq 5 milyard 90.8 milyon ABŞ dolları təşkil edib.
"İki sahil" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 64.8% artaraq 3 milyard 38.5 milyon ABŞ dolları, idxal isə 79.7% artaraq 2 milyard 52.4 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında xarici ticarət dövriyyəsində 987 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 40.5% çoxdur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb