17 fevral 2025 17:53
161

Azərbaycan yanvarda 2,3 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 338 milyon 620,78 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “İki sahil” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 870 milyon 82,68 min ABŞ dolları təşkil edib.

İxrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk ayı ilə müqayisədə 21,05 %, dəyəri isə 17,6 % çoxdur.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 28,64 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.