Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.
“İki sahil” Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.
Hadisənin səbəbləri araşdırılır.