Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, Zaqatala, Oğuz və Şəki rayonlarında keçirilən növbəti tədbirlər zamanı Zaqatala rayonunun Mazıx, Oğuz rayonunun Xalxal, Şəki rayonunun isə Baş Zəyzid kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib.
Qanunsuz kömür istehsal etdiyinə görə 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa Şəki şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdıqlarına görə 2 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb, Mazıx kəndi ərazisində 2 ədəd ağacın kəsilməsi aşkar edildiyindən faktla bağlı araşdırma aparılır.
Paytaxtın Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir ictimai iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və ekoloji tələblərin pozulması aşkar olunduğundan həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib
ÜST-nin Baş direktoru dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib
H.Hacıyev: Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib