Bu il yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 342,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu da illik müqayisədə 5,4% çoxdur.
Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,4% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.
Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb