Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri əmək yarmarkasında iştirak ediblər.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda burada peşə öyrənən, ümumilikdə 20-dən çox gənc əmək yarmarkasında iştirak edən 30-a yaxın şirkətlə görüşmək imkanı əldə edib.
Yarmarkanın satış-sərgi hissəsində isə əlilliyi olan gənclərin dörd istiqamət üzrə (vitraj boya, təbii daşlarla hazırlanmış bəzək əşyaları, bədii oyma və toxunma suvenirlər) 200-dən çox əl işi sərgilənib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib
ÜST-nin Baş direktoru dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib
H.Hacıyev: Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib