Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 1,5 mln. ton yük, 713,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə 2024-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6%, sərnişin daşınmasında isə 14,6% artım müşahidə olunub.
Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Xatırladaq ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb. 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb