18 fevral 2025 22:29
158

Rusiya Ukraynanın itkilərini açıqladı - 1091-ci gün

Rusiya müharibənin 1091-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 43 772 PUA-sı, 594 zenit-raket kompleksi, 21 502 tank və digər zirehli texnikası, 1 518 reaktiv yaylım atəş sistemi, 21 815 artilleriya və minaatanı, 31 775 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.