18 fevral 2025 21:17
160

ABŞ Lavrova qarşı sanksiyaları ləğv edə bilər

ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

“Biz hələ ki, danşıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rubio vurğulayıb ki, hələ bu prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.